F-35 və İran gündəmdə idi: ABŞ müdafiə nazirinin İsrail səfəri ləğv olundu

F-35 və İran gündəmdə idi: ABŞ müdafiə nazirinin İsrail səfəri ləğv olundu
DÜNYA
14:11 08.07.2026
288
 

ABŞ-ın müdafiə naziri Pit Heqsetin Ankaradakı təmaslarından sonra İsrailə planlaşdırılan səfəri ləğv edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə Toplantısında iştirak edən ABŞ müdafiə naziri sabah baş tutmalı olan İsrail səfərini təxirə salıb.

Səfərin hansı səbəbdən ləğv edildiyi barədə hələlik rəsmi açıqlama verilməyib.

ABŞ mətbuatının məlumatına görə, Heqsetin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə İranla bağlı vəziyyətin, eləcə də Türkiyəyə F-35 qırıcılarının mümkün tədarükü məsələsinin müzakirə olunması planlaşdırılırdı.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ankarada keçirilən görüşdə də F-35 proqramı əsas müzakirə mövzularından biri olub.

 
Gülay
OXŞAR XƏBƏRLƏR