xari

“Facebook”un azərbaycanlı istifadəçilərinin şəxsi məlumatları oğurlanıb

MARAQLI
10:08 04.04.2021
1215
"Facebook”un 533 milyon istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb.

APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir.

Bu ölkələr arasında Azərbaycan da var. Məlumata görə, Azərbaycandan olan 99 472 "Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.

Şəxsi məlumatlar arasında istifadəçilərin bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar var.

Bundan başqa, ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları da oğurlanıb.

Məsələyə münasibət bildirən "Facebook” şirkəti məlumatların 2 il əvvəl təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.

OXŞAR XƏBƏRLƏR