Fələstinin “dövlət” kimi tanınması onun diplomatik mövcudluğunu gücləndirir

Fələstinin “dövlət” kimi tanınması onun diplomatik mövcudluğunu gücləndirir
DÜNYA
15:23 31.05.2024
141
Avropa ölkələri Fələstin dövlətini 1967-ci il sərhədləri ilə tanıdıqdan sonra bu addım Fələstinin diplomatik sahədə mövcudluğunu və məqbulluğunu gücləndirir.

AZXEBER.COM xəbər verir ki, İrlandiya, Norveç və İspaniyanın tanınma qərarları Fələstin dövlətinin diplomatik sahədə mövcudluğunu gücləndirmək deməkdir.
 
İsrail və ABŞ-ın təzyiqlərinə və beynəlxalq böhranların dərinləşməsinə baxmayaraq, Avropa dövlətlərinin bu addımı İsrailə Fələstin torpaqlarında etdiyi pozuntuların bəyənilmədiyi haqda mesaj verir.

Fələstinin BMT-də qeyri-üzv müşahidəçi dövlət statusuna malik olması onun dövlət olmadığı anlamına gəlmir.
 
Qeyd edək ki, ABŞ-ın veto qoyması səbəbindən yaranmış bu vəziyyət Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü ilə bağlıdır və dövlətçiliyinə mane olmur.
OXŞAR XƏBƏRLƏR