xari

“Fənərbağça” Özilin transferi üçün SMS kampaniya başlatdı

İDMAN
19:17 24.01.2021
488

Türkiyənin "Fənərbağça” klubu "Arsenal”dan Mesut Özilin transferini tamamlamaq üçün tərəfdarlarına müraciət edib.

"Sports.ru” xəbər verir ki, klubun prezidenti Əli Koç lazımi məbləği toplamaq üçün SMS kampaniyaya start verildiyini bildirib.

"Bizim tərəfdarlarımızdan bir xahişimiz var. Zəhmət olmasa bizi dəstəkləməkdə davam edin. Biz sizin maddi yardımlarınızdan asılıyıq. Özilin müqaviləyə imza atdığı gün SMS kampaniyasında rekord vurun”, - deyə Koç klubun azarkeşlərinə müraciət edib.

SMS-i klubun əsası qoyulduğu tarix olaraq bilinən 1907 qısa nömrəsinə göndərmək lazımdır. Bu yolla klub 2 milyon avro toplamağa ümid edir. Bununla yanaşı, "Fənər”in rəhbərliyi mövsümün sonunadək Özilin imzası olan milyonadək futbol geyimi satmağı da planlaşdırır. 

"Bəlkə 300 min, bəlkə 500 min, bəlkə də 1 milyon SMS. Bu bizə çox kömək edəcək. Sonra da əminəm ki, siz Məsutun imzası olan futbol geyimlərini almağa tələsəcəksiniz”, - deyə "Fənərbağça” prezidenti əlavə edib.

Qeyd edək ki, hazırda sarı-lacivərdlilərin 520 milyon avro məbləğində borcu var.

Onu da bildirək ki, bir qədər əvvəl "Fənərbağça" klubu özünün rəsmi "Tvitter" səhifəsində Məsut Özilin artıq transfer olunduğunu yazıb və ona uğurlar arzulayıb. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:39 26.02.2021

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:37 26.02.2021

Türkiyə MN: Körpələri belə qətlə yetirən caniləri unutmadıq

13:31 26.02.2021

Bakıda 1 000 manata tapança satmaq istəyən şəxs saxlanıldı - VİDEO

13:19 26.02.2021

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

13:13 26.02.2021

İlham Əliyev: “Belə çıxır ki, varlılar vaksinasiya olunacaq, amma kasıb ölkələr əziyyət çəkəcək?”

13:12 26.02.2021

Azərbaycan Prezidenti: "Bizim erməni xalqı ilə işimiz yoxdur"

13:01 26.02.2021

Prezident: "O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır"

12:54 26.02.2021

"Bu gün ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini işlətməməliyik"

12:41 26.02.2021

“Çıxışlarımda statusun ünvanını göstərmişəm, status haradadır, onu hər kəs bilir”

12:40 26.02.2021

Naftalan şəhərində “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü” yad edilib

12:34 26.02.2021

İlham Əliyev: "Biz Xocalıya da qayıdacağıq!"

12:29 26.02.2021

İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb"

12:20 26.02.2021

"Növbəti dəfə erməni tərəfinin davranışlarının qeyri-səmimiliyində əmin oluruq"

12:17 26.02.2021

Azərbaycan Prezidenti: "Biz bütün hərbi əsirləri qaytarmışıq"

12:12 26.02.2021

Mikayıl Cabbarov: “Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayətdir”

12:05 26.02.2021

Prezident: "10 noyabr bəyanatı tam icra edilməsə Ermənistan daha da ağır duruma düşəcək"