"Fənərbaxça" 22-ci turda "Ankaragücü" səfərinə daha bir itki ilə yollanacaq.
AzxeberSport xəbər verir ki, Türkiyə Super liqasında bu mövsüm o qədər də uğurlu çıxış etməyən "Fənərbaxça"da Qarri Rodrigez yenə zədələnib. Mövsümün ilk yarısında olduğu kimi ikinci yarısında da zədələnən futbolçu bir neçə həftə komandasına kömək edə bilməyəcək.
Fevralın 23-ü doğma meydanda "Qalatasaray"ı qəbul edəcək "Fənərbaxça" mövsümün ilk hissəsində olduğu kimi yenə də derbidə Qarri Rodrigezin köməyindən yararlana bilməyəcək.
Onun yerinə kimin oynayacağı sual altındadır.
Qeyd edək ki, sabiq "Qalatasaray"lı bu mövsümün əvvəlindən icarə əsasında "Fənərbaxça"da çıxış edir. 3 qol 4 məhsuldar ötürmə ilə komandasına töhfə verən Qarri komandasının əsas silahlarındandır