Fərhad Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi

MƏDƏNİYYƏT
17:29 23.11.2021
426
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovun 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, o, Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı F.Xəlilovun noyabrın 26-da 75 yaşı tamam olur.

OXŞAR XƏBƏRLƏR