Fevral hansı məmurlar üçün düşərli oldu? – SİYAHI

Fevral hansı məmurlar üçün düşərli oldu? – SİYAHI
SİYASƏT
16:44 26.02.2019
14730
Bəs görəsən başa çatan fevral məmurlar üçün hansı əlamətdar hadisələrlə yadda qaldı.

AZXEBER.COM fevral ayında vəzifədən azad edilən, yüksək vəzifəyə təyin edilən məmurlarla bağlı araşdırma aparıb.

Prezident İlham Əliyevin 11 fevral tarixli sərəncamı ilə Milli Məclisin deputatı Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edildi. Dövlət qurumları ilə ictimaiyyət arasında münasibətləri tənzimləyəcək yeni quruma Z.Orucun rəhbər təyinatı cəmiyyətdə müsbət qarşılandı.
 

 


Çünki Zahid Oruc bu təyinata qədər ictimai-siyasi fəaliyyətlə məşğul olub və fəaliyyəti dövründə ictimai maraqları daim ön plana çəkib. 18 ildir deputat mandatı daşıyan Z.Oruc son prezident seçkilərində namizəd olub və prezidentliyə namizədlər arasında ikinci yeri qazanıb. 94 saylı Bərdə kənd seçki dairəsinin seçicilərini Milli Məclisdə təmsil edir.

Prezident İlham Əliyevin 19 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edib. Dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırma aparan qurum bir müddət öncə yaradılıb.
 

 


Fərid Şəfiyev bu təyinata qədər diplomatik fəaliyyətlə məşğul olub. Əvəlvə ölkəmizin Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi, sonra isə Azərbaycanın Çex Respublikasında səfiri vəzifələrində çalışıb. Şuşa rayonundan olan məşhur Şəfiyevlər nəslinin nümayəndəsi olan F.Şəfiyev ABŞ-ın məşhur "Harvard” və "Karlton” Universitetində təhsil alıb.

Prezident İlham Əliyevin 5 fevral tarixli sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Salahov Xəzər Rayon İcra Hakimiyyəti başçısı təyin edilib. O, bu vəzifədə 1995-ci ildən bu rayona rəhbərlik edən Gülağa İslamovu əvəz edib.
 

 


E.Salahov bu təyinata qədər dövlət və özəl qurumlarda çalışıb, müxtəlif vəzifələr tututb. Əmək fəaliyyətinə maliyyə-bank sektorundan başlasa da, sonradan fəaliyyətini hazırda rəhbərlik etdiyi İcra Hakimiyyətində davam etdirib. Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahovun oğludur.

Prezident İlham Əliyevin 19 fevral tarixli sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Anar Kərimov Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. Bu təyinatla qeyd olunan nazirlikdə müavinlərin sayı dördə çatıb.
 

 


A.Kərimov bu təyinata qədər dövlət və özəl sektorda yüksək vəzifələr tutub. İqtisadi İnkişaf Nazirliyində şöbə müdiri və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. ABŞ-ın dünyaca məşhur "Amerikan” Universitetində magistr dərəcəsi alıb.

Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov fevralın 25- gecə saatlarında ürək tutmasından qəflətən vəfat edib. 52 yaşlı R.İbrahimov ötən ilin mayında bu vəzifəyə təyin edilib.

R.İbrahimov icra başçısı təyinatına qədər Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) çalışıb. ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi işləyib. Mərhum paytaxtadakı "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Yola salmaq üzrə olduğumuz fevral ayında polis sistemində də vəzifəsini itirən yüksək rütbəli zabitlər olub.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Eyni zamanda nazirin digər əmri ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Fuad Məmmədli tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Xatırladaq ki, F.Məmmədli sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

// Azər Niftiyev, AZXEBER.COM
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
15:05 21.07.2026
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
15:03 21.07.2026
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
"Arzum"la bağlı yeni xəbər - Sabah...
14:58 21.07.2026
"Arzum"la bağlı yeni xəbər - Sabah...
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
14:46 21.07.2026
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
İlham Əliyevlə Merz arasında görüş keçirilir
14:41 21.07.2026
İlham Əliyevlə Merz arasında görüş keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR
14:22 21.07.2026
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR
Qurban Qurbanov daha bir legionerin xidmətindən imtina etdi - İştirak ərizəsi dəyişdi
13:58 21.07.2026
Qurban Qurbanov daha bir legionerin xidmətindən imtina etdi - İştirak ərizəsi dəyişdi
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
13:52 21.07.2026
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
13:19 21.07.2026
Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
AccessBank-ın tender elanının vaxtı uzadıldı
13:05 21.07.2026
AccessBank-ın tender elanının vaxtı uzadıldı
İran ABŞ-ı ittiham etdi: Hərbi itkilərin real sayı gizlədilir
13:03 21.07.2026
İran ABŞ-ı ittiham etdi: Hərbi itkilərin real sayı gizlədilir
Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar
12:53 21.07.2026
Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar
Azərbaycanlılar bu ölkədən deport olundu
12:49 21.07.2026
Azərbaycanlılar bu ölkədən deport olundu
Ştaynmayer Əliyevi belə qarşıladı - VİDEO
12:26 21.07.2026
Ştaynmayer Əliyevi belə qarşıladı - VİDEO
Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: “Milli mətbəxin axırına çıxırlar”
12:14 21.07.2026
Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: “Milli mətbəxin axırına çıxırlar”
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - FOTOLAR
12:07 21.07.2026
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - FOTOLAR