Fəxrəddin Həsənzadə: "Əsir həmvətənlərimizin sayı bizim üçün sadəcə riyazi rəqəm deyil"

Fəxrəddin Həsənzadə: "Əsir həmvətənlərimizin sayı bizim üçün sadəcə riyazi rəqəm deyil"
GƏNCLİK
15:26 30.08.2021
1270
"30 Avqust "Beynəlxalq İtkin Düşənlər Günü" sadəcə bir günün Ermənistan rejiminin müharibə cinayətlərini araşdırmağa yetəcək deyil. 90-cı illərin əvvəllərində Azərbaycan və Ermənistan arasında başlanan müharibədə bu günə kimi 3890 azərbaycanlının taleyi müəmmalı olaraq qalıb . Nədənsə dünyanın ədalətə, sülhə çağırış tribunalarında problem bizə çatanda beynəlxalq təşkilatların nitqi quruyur".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib. Onun sözlərinə görə Azərbaycan itkinlərin sayına görə dünyada ön sıralarda durur. Bunun ən böyük səbəbi isə tarix boyu xalqımızın erməni hərbi cinayətlərindən əziyyət çəkməsidir:

"Təsəvvür edin nə etdiyi, başına hansı bəlalar gəldiyi ,məzar daşı belə olmayan, bəlkədə hal hazırda ölümünün  son günlərini gözləyən  bu qədər insan  və hər sabah onların bir gün qayıdışını gözləyən onlarla ailə üzvü bir gün beynəlxalq təşkilatların və sözdə münaqişədə vasitəçi olan ölkələrin fəaliyyətsizliyinin ildönümünü qeyd edir. Ümid ilə onların bir gün fəaliyyətini, bu problemlərin erməni cinayətkar höküməti qarşısında qaldırılmasını gözləyir.

Cəmiyyət olaraq hərkəsdə bir fikir formalaşıb ki, Azərbaycanın beynəlxalq təşkilatların üzərinə götürməli və etməli olduğu Ermənistan Hökümətinin bütün cinayətlərini təkbaşına mühakimə etməkdə davam edir. İkinci Qarabağ müharibəsində əsir düşən erməni əsgərlərinin geri qaytarılması bu mühakimənin bütün hallarda ədalətli və humanizm prinsipləri əsasında həyata keçirdiyimizə sübutdur".
 
Təşkilat rəhbəri həmçinin beynəlxalq təşkilatların azərbaycanlı əsirlərə və itkinlərə qarşı münasibətdə biganə yanaşdığını söyləyib:

"Sadəcə dünya ictimaiyyəti , sülh libası geyinən və məramları bizə aydın olan tərərəflər anlamalıdır ki , 719 nəfəri sivil əhali olmaqla 3890 nəfər, həmçinin nisbətən yaxın tarixdə  1998-2001-ci illərdə Qirmızı Xaç Komitəsi tərəfindən 54 nəfər əsirimizin adlarının yer almasına  baxmayaraq, cəmi 17 nəfər həmyerlimizin nəşinin geri qaytarılması bizim üçün sadəcə riyazi rəqəm deyil. Bu şəxslər bizim bir parçamız və dirisi və ölüsü ilə bizim qəhrəmanlarımızdı. Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatların münaqişədə sülh məramı ilk öncə bu prosesdən keçməli və Ermənistan tərəfinin cinayət faktı dünya ictimaiyyətinə açıqlanmalıdır".
 
Günel

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda "Prius" aşdı
18:08 12.07.2025
Goranboyda "Prius" aşdı
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub