Oktyabrın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan prezidentinin imzaladığı sərəncama əsasən, fəxri adlara layiq görülən bir sıra mədəniyyət və incəsənət xadimlərinə fəxri titulları təqdim edib.AZXEBER.COM-un məlumatına görə, Muzey Mərkəzində baş tutan təqdimetmə mərasimində çıxış edən Əbülfəs Qarayev ölkə başçısının Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndirdiyini deyib.Nazir fəxri adlara layiq görülən sənət adamlarını təbrik edərək bildirib ki, onlar bu yüksək diqqətə layiqdirlər: “Əvvəllər yalnız milli və klassik musiqi nümayəndələri mükafatlandırılırdısa, sonralar mədəniyyətin bütün sahələrində çalışanlara fəxri adlar verildi. Bu, Azərbaycan mədəniyyətin çoxşaxəli olduğunu bir daha sübut edir. Fəxri ad alanlar gərək işlərində də yaxşı nəticələrə nail olaraq, bu adı fəxrlə daşısınlar”.Daha sonra nazir Yalçın Adıgözəlova, Simarə İmanova, Eldar Mansurova “xalq artisti”, Sürəyya Ağayevaya, Sənubər Bağırova, Tahir Əkbərov və Nadir Əzimova “əməkdar incəsənət xadimi” medalını təqdim edib.