Fəzail Ağamalı nikahdankənar oğlu olduğunu təsdiqlədi: "Tramp üç dəfə evlənib..."

Fəzail Ağamalı nikahdankənar oğlu olduğunu təsdiqlədi: "Tramp üç dəfə evlənib..."
SİYASƏT
13:27 28.10.2025
989
Son günlər partiyasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə bağlı yeni məlumat yayılıb. CityPost.az-ın yazdığına görə, keçmiş deputatın hər kəsdən gizlədiyi bir oğlu da var imiş.

AZXEBER.COM Oxu24.com-a istinadən xəbər verir ki, həmin şəxs 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar Fəzail oğludur. Ailədə onu daha çox Oleq kimi çağırdıqları üçün bu adla daha çox tanınıb.

Almaniyadakı mənbənin məlumatına görə, İlqarın anası rus əsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakı şəhərində tanış olublar. Sabiq deputatın münasibətdən bir oğlan övladı dünyaya gəlib.

Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı bu məsələni bildikdən sonra ailədə ciddi problemlər yaşanıb. Bu səbəbdən də F.Ağamalı oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını Rusiyanın Sank-Peterburq şəhərinə göndərib.

Ana və övlad uzun müddət orada yaşadıqdan sonra İlqarın təhsil alması məqsədi ilə Almaniyaya köçüblər. Son illər orada yaşayırlar. İlqar (Oleq) yay aylarında Bakıya istirahətə gəlir. Bu zaman onun atası ilə də görüşdüyü bildirilir. İlqar Ağamalıyev hazırda biznes fəaliyyəti ilə məşğuldur.

Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı faktı sayta təsdiqləyib və bunu "cavanlıq səhvi” adlandırıb:

"Hər kəsin gənclikdə səhvləri ola bilər. Cavanlıqda çoxunun həyatında belə şeylər olur. Mən niyə danmalıyam ki? Cinayət deyil ki? Hər kəsin şəxsi həyatı ola bilər... Bəli, belə bir romanım olub. Bu gün İlqar və anası ilə əlaqəm yoxdur. Onlar öz həyatlarını yaşayırlar. Lazım olan vaxtlarda köməkliyimi göstərmişəm. Bu məsələ ilə bağlı məni ancaq həyat yoldaşım günahlandıra bilər. Ona da zamanında səhv etdiyimi demişəm. Ondan da bu səhvə görə, üzr istədim. Vəssalam... Bunun heç kimə dəxli yoxdur. Həyatdır, bir neçə dəfə evlənmək olar. Tramp üç dəfə evlənib... Burda qəribə nə var ki?”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR