Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçi, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və ABŞ rəsmiləri ilə telefon danışığı zamanı İran-Amerika arasında danışıqlar prosesini müzakirə edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Haber Global"a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Qeyd olunub ki, nazir rəsmilərlə ABŞ və İran arasında aparılan danışıqlardakı son inkişaflar barədə fikir mübadiləsi aparılıb.
"Report"











































