Foqtsun komandası üçün yeni məşqçi

İDMAN
09:32 15.02.2011
2058

Azerisport.az xəbər verir ki, Almaniya Bundesliqasının cari mövsümündə uğursuz çıxışını davam etdirməkdə olan bu klubun rəhbərliyi nəhayət çıxış yolunu yeni mütəxəssis gətirməkdə görüb.

Hazırda Bundesliqanın 18 komandası arasında sonuncu pillədə qərarlaşan Münhenqladbax klubuna bundan sonra isveçrəli Lusian Favr rəhbərlik edəcək. Qeyd edək ki, bu mütəxəssis 2007-2009-cu illərdə “Hertha” klubunu da çalışdırıb. Nəticədə “Borussia”nın sonuncu baş məşqçisi Mixael Frontsekin fəaliyyətinə rəsmən son qoyulub.

 

OXŞAR XƏBƏRLƏR