Fransa Səhiyyə Nazirliyi: Yaxın günlərdə "Delta" ştammı geniş yayılacaq

Fransa Səhiyyə Nazirliyi: Yaxın günlərdə "Delta" ştammı geniş yayılacaq
SAĞLAMLIQ
13:17 09.07.2021
1585
"Yaxın günlərdə "Delta" ştammı Fransada ən geniş yayılmış variant olacaq".

Bu barədə Fransanın səhiyyə naziri Olivye Veran məlumat verib.

O, "France Inter” radiostansiyasının efirində bildirib ki, bu ştamm əvvəlki variantlara nisbətən daha yoluxucudur, bu səbəbdən hökumət bütün fransızları vaksinləməyə laqeyd yanaşmamağa və sanitar təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır.

Fransa hökumətinin məlumatına görə, hazırda Fransada koronavirusa yoluxmuş şəxslərin 50%-də delta ştammı qeydə alınıb. Ölkədə sanitar vəziyyətin pisləşməsi səbəbindən hökumət bu yay pandemiyanın 4-cü dalğasının baş vermə riskini istisna etməyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR