xari

Fransada cinsi əlaqəyə icazə yaşı 15-ə endirildi

MARAQLI
14:46 16.04.2021
12320
Fransada cinsi əlaqə üçün razılıq yaşı 15 olaraq təyin edilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Fransa Parlamentində keçirilən səsvermədə cinsi əlaqə üçün razılıq yaşının 15 yaş olması 67 "hə” səsi ilə təsdiqlənib. 

Bu yaşdan aşağı uşaqlarla cinsi əlaqə "təcavüz” kimi qəbul ediləcək.

Ölkədə mübahisələrə səbəb olan və qismən dəyişdirilən qanun layihəsi Parlamentdə səsə qoyulub və qəbul edilib.

Senator Annik Billon tərəfindən hazırlanan qanun layihəsi uşaqlara qarşı cinsi təcavüzə qarşı mübarizə məqsədi daşıyır.

Onu da qeyd edək ki, Qanuna görə, 15 yaşa qədər uşaqları internetdə cinsi əlaqəyə təşviq edənlərə 10 il həbs və ya 150 min avro cərimə cəzası veriləcək.

OXŞAR XƏBƏRLƏR