Fransada əlverişsiz hava şəraiti bir neçə nəfərin ölümünə səbəb olub

Fransada əlverişsiz hava şəraiti bir neçə nəfərin ölümünə səbəb olub
DÜNYA
22:44 15.09.2021
1062
Fransanın cənubunda leysan yağışlar və dəniz səviyyəsinin yüksəlməsi insan tələfatı ilə nəticələnib.

AZXEBER.COM xəbər verir ki, bu barədə BFM telekanalı yerli yanğınsöndürmə və xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, dəniz səviyyəsinin qalxması 5 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, ölkənin cənubunda ötən gündən başlayan əlverişsiz hava şəraiti bu gün də davam edir. Hazırda cənub əyalətlərində leysan yağışlar yağır, güclü külək əsir.

Güclü külək səbəbindən İspaniyaya gedən avtomobil yolunda nəqliyyatın hərəkətində yubanmalar yaranıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar "narıncı" daşqın xəbərdarlığı edilib.
OXŞAR XƏBƏRLƏR