Fransada hava həyəcanı: Temperatur 40 dərəcəyə çatacaq

Fransada hava həyəcanı: Temperatur 40 dərəcəyə çatacaq
DÜNYA
13:56 18.06.2026
499
Fransada təsirini artıran isti hava dalğası səbəbindən 26 vilayətdə xəbərdarlıq səviyyəsi narıncıya qaldırılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fransanın meteorologiya xidməti Meteo-France bəzi bölgələrdə temperaturun günorta saatlarında 40 dərəcəyədək yüksələ biləcəyi barədə xəbərdarlıq edib.

Məlumata görə, yüksək temperaturla əlaqədar 26 vilayətdə narıncı təhlükə səviyyəsi elan olunub.

Açıqlamada həmçinin Voklüz, Ot-Qaron və Dyo-Sevr vilayətlərində meşə yanğınları riskinin artdığı bildirilib.

Fransanın milli dəmir yolu şirkəti SNCF isə havanın həddindən artıq isti keçməsi və hava keyfiyyətinin pisləşməsi səbəbindən Paris-Orlean-Limoj-Tuluza, Paris-Klermon-Ferran və Bordo-Marsel marşrutları üzrə 71 qatar reysinin iyunun 22-dək ləğv edildiyini açıqlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR