Fuat Oktay İlham Əliyevi təbrik edib

Fuat Oktay İlham Əliyevi təbrik edib
SİYASƏT
20:13 12.06.2026
357
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

AZXEBER.COM xəbər verir ki, məktubda deyilir: 

Zati-aliləri cənab Prezident.

Dost və qardaş Azərbaycan xalqının azadlığa, müstəqilliyə sarsılmaz inamının rəmzi olan 28 May - Müstəqillik Günü və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Zati-alinizi, Azərbaycan Hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm. Azadlıq və müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini minnətdarlıq və ehtiramla yad edirəm.

Azərbaycanın şanlı Vətən müharibəsində əldə etdiyi böyük nailiyyətlər nəticəsində Vətən torpaqlarının azad edilməsi tarixə müstəsna bir Qələbə kimi daxil olub. Bu şanlı Zəfər təkcə Azərbaycan xalqı üçün deyil, eyni zamanda, bütün türk dünyası üçün qürur və sevinc mənbəyidir.

Dost və qardaş ölkələrimiz arasındakı əlaqələrin "Bir millət, iki dövlət” şüarı ilə bütün sahələrdə daha da möhkəmlənəcəyinə inamım qətidir. Əminəm ki, yüksələn Türkiyə və Azərbaycan öz bölgələrində sülh, sabitlik, inkişaf və rifahın təmin edilməsində ən fəal ölkələr kimi səylərini davam etdirəcəklər.

Zati-aliləri, bu bayramlar münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.
OXŞAR XƏBƏRLƏR