"Fukusima-1"də suda radiasiya normadan 10 mln dəfə çoxdur

Bütün Xəbərlər
09:53 27.03.2011
1507

Yaponiya nüvə və sənaye təhlükəsizliyi agentliyinin məlumatına görə, suda radiasiya səviyyəsinin kəskin şəkildə artmasına 2-ci reaktorun aktiv zonasından radiasiya sızması səbəb ola bilər.

AES-in 2-ci reaktorunda iş tamamilə dayandırılıb, işçilər evakuasiya edilib. Fukusima prefekturasındakı su mənbələrində də radioaktivliyin normadan 1850 dəfə artıq olduğu bildirilir. "Fukusima-1" atom-elektrik stansiyasının 6 reaktorundan beşinin nəzarət zallarında işıqlandırma bərpa edilib. Yalnız daha çox zərər çəkmiş 4-cü enerji bloku işıqsız qalır. Əsas hədəf hələ də qəza vəziyyətində olan reaktorların sərinlədilməsidir. Mütəxəssislər 1, 2 və 3-cü reaktorlara preslənmiş su səpməyə hazırlaşırlar. Daha əvvəl isə bu məqsədlə duzlu dəniz suyundan istifadə edilirdi.


OXŞAR XƏBƏRLƏR