Futbola milyonlar xərcləyən AFFA futzalı niyə unudub?

Futbola milyonlar xərcləyən AFFA futzalı niyə unudub?
İDMAN
09:32 13.06.2011
2469

Hələ ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanda yaxşı futzalçılar kifayət qədər idi. Millimiz tarixi nəticələr əldə etməsə də, beynəlxalq yarışlarda rəqiblərinə “dişini” göstərə bilirdi. Ustalıq səviyyəsi yaxşı olsa da, diqqətsizlik öz sözünü deyirdi. Təəssüf ki, arxada qalan illər futzalımızın xeyrinə işləmədi.

Azərbaycan Futzal Federasiyasının binası yoxdur. Deyilənə görə, AFFA-nın nəzdində fəaliyyət göstərir. Federasiyanın mətbuat katibi də yoxdur, saytı da. Futzal deyiləndə adamın ağlına Federasiyanın prezidenti Zaur Axundov, milli komanda və “Araz” klubu gəlir.

Yüksək liqada 6 komanda çıxış edir ki, onlardan ikisi peşəkar, ikisi yarı həvəskar, ikisi isə həvəskar səviyyədədi. Çempionatın sözün bütün mənalarında “yola verilir”. Əbədi çempion “Araz”a son iki ildə “Neftçi” İSM müqavimət göstərməyə çalışır. Amma alınmır ki, alınmır. Digər komandalar isə say hesabını doldurmaq xatirinə oynayırlar. Eşitdiyimizə görə, çempionatın düz-əməlli təqvimi də yoxdur. Hər şey “Araz”ın istəyinə uyğun təşkil olunur. Federasiya prezidenti Zaur Axundovun sayəsində mövcud olan milli komanda və “Araz” isə legionerlərin hesabına futzal meydanlarında “at” oynadır. Millimizin və “Araz”ın uğurlarına sevinsək də, futzal üzrə ölkə çempionatının ağlamalı vəziyyətdə olması bizi narahat edir. Bəs, futzalımızın inkişafı istiqamətində hansı işlər görülür?

Təsəvvür edin, futzal üzrə 1-ci dəstədə qızğın müzakirə gedir. 16 komandanın iştirak etdiyi çempionatda DST, “Qala”, “Neftçi”, NTD, FHN kimi iddialı klublar var. Amma bu komandalar yüksək liqaya çıxmaqda maraqlı deyillər. İlk növbədə bu klubların yüksək liqada çıxışını təmin etmək lazımdır. Səbəb araşdırılmalı, lazımı dəstək təmin olunmalıdır.

Çempionatı yüksək səviyyəyə gətirmək üçün ən ideal vasitə Premyer Liqanın aparıcı klublarının futzala cəlb etməkdir. Təsəvvür edin ki, “Araz” və “Neftçi” İSM-lə yanaşı, “Xəzər Lənkəran”, “Qarabağ”, “Bakı”, “İnter” kimi klubların futzal komandaları da çempionatda mübarizə aparırlar. Bunlara yüksək liqanın 4, birinci dəstənin 5 klubunu da əlavə etsək, 15 komandalı maraqlı çempionat izləyə bilərik. Bəs, Premyer Liqa klubları futzalın inkişafında maraqlıdırlarmı?

Azarkeşləri ilə öyünən “Xəzər Lənkəran” klubunun futzal komandası olarsa, zalda izdiham yaşanacağına şübhə yoxdur. Axı, bir futzal komandasını ən yüksək səviyyədə saxlamaq üçün 200-300 min manatlıq illik büdcə kifayət edər. Böyük büdcəyə malik olan və hər mövsüm legioner futbolçulara milyonlar xərcləyən “Xəzər Lənkəran” üçün bu cüzi rəqəm sayılmalıdır. Lakin “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun bu məsələyə yanaşması fərqlidi: “Xəzər Lənkəran” idman klubudu. Nəzdimizdə müxtəlif idman növləri fəliyyət göstərir. Futzala gəlincə, biz böyük futbolu seçmişik. Düşünürəm ki, həm futbolda, həm də futzal çempionatında çıxış etməyimiz effekt verməz”. (?!)

“Bakı” klubunun rəsmisi Nəriman Mehdiyevin cavabı da daha çox “yola verməyə” bənzədi: “Bakı”nın əsas məqsədi infrastruktur yaratmaqdır. İşlərin 2012-ci ildə sona çatmasını planlaşdırsaq da, artıq bazamızda xırda işlər qalır. Futzal komandası yaratmaq haqqında düşünməmişik. Bu məsələ gündəmdə yoxdur. Ola bilər ki, gələcəkdə bu barədə düşünək”.

“Qarabağ” klubunun rəsmisi Asif Əsgərov daha məntiqli danışdı: “Düz deyirsiniz. Futzal komandası yaratmaq o qədər də böyük vəsait tələb etmir. Klub daxilində heç vaxt bu barədə məsələ qaldırılmayıb. Prinsipcə, bu mümkündür”.

Futbola milyonlar xərcləyən AFFA futzalı niyə unudub? Azərbaycanda futzalı inkişaf etdirmək üçün yaxşı imkanlar var. Arenalar kifayət qədər, futzalla məğul olanların sayı isə çox. Qalır çatışmayanı üzə çıxarıb, səviyyəli çempionat yaratmaq.

/// premyerliqa.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır
17:42 23.08.2026
Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır
Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq
17:37 23.08.2026
Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq
İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi region adlandırıb
17:32 23.08.2026
İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi region adlandırıb
İlham Əliyev Özbəkistan Prezidentinin Qarabağa investisiyaların cəlb edilməsində xüsusi rolunu qeyd edib
17:28 23.08.2026
İlham Əliyev Özbəkistan Prezidentinin Qarabağa investisiyaların cəlb edilməsində xüsusi rolunu qeyd edib
“Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir”
17:26 23.08.2026
“Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir”
Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırıb
17:20 23.08.2026
Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırıb
“Xəzərdə Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”
17:16 23.08.2026
“Xəzərdə Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”
Tokayev prezident seçkisində yenidən iştirakı məsələsinə aydınlıq gətirib
17:13 23.08.2026
Tokayev prezident seçkisində yenidən iştirakı məsələsinə aydınlıq gətirib
“Əbədi dostluq haqqında Müqavilə” imzalandı - FOTOLAR
17:07 23.08.2026
“Əbədi dostluq haqqında Müqavilə” imzalandı - FOTOLAR
İranlı deputatdan BƏƏ-yə ŞOK TƏHDİD: "Bütün ərazilərini bizə verməli ola bilərlər"
16:50 23.08.2026
İranlı deputatdan BƏƏ-yə ŞOK TƏHDİD: "Bütün ərazilərini bizə verməli ola bilərlər"
Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTOLAR
16:36 23.08.2026
Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTOLAR
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub - VİDEO
16:30 23.08.2026
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub - VİDEO
Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşub, yaralılar var
16:28 23.08.2026
Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşub, yaralılar var
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
16:23 23.08.2026
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video
16:19 23.08.2026
Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video
İranlı hakerlər Britaniyada elektrik stansiyasını sıradan çıxarıb
16:14 23.08.2026
İranlı hakerlər Britaniyada elektrik stansiyasını sıradan çıxarıb