Futbolçuların öldüyü qəzanın TƏFƏRRÜATLARI - VİDEO

Futbolçuların öldüyü qəzanın TƏFƏRRÜATLARI - VİDEO
22:11 30.07.2026
182
Ağır yol nəqliyyat hadisəsi iki nəfərin canını aldı.

Xəbər verdiyimiz kimi, hadisə Qobu Lökbatan yolunda baş verib.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, Bəhruz və Rauf futbolçu olublar. Qobu Klubun baş məşqçisi Adil Babayev bildirib ki, hər iki futbolçu əslən Qobu kəndindəndir və futbola "Neftçi" İdman Klubunda başlayıblar. Onlar daha sonra "Qaradağ Lökbatan"ın heyətində çıxış edərək komandanın aparıcı futbolçularından olublar.
Bəhruz Sultanov sonradan "Xəzər Lənkəran" və AZAL-da oynayıb, karyerasını isə "Qobu" FK-da davam etdirib. Rauf Hüseynov isə "Turan Tovuz"dan təklif alsa da, Qobuda məşqçi kimi çalışdığı üçün komandaya qoşulmayıb. O, ailəli idi və üç övladı yadigar qalıb.

Yaralı olan şəxsin vəziyyəti ilə bağlı "TƏBİB"dən bildirildi ki, ona kəllə beyin travması, diz qapağının sınığı, ətrafların sıyrıntısı diaqnozu təyin edilib.  Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin malicəsi reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR