"Galatasaray" kuboka da əlvida dedi

İDMAN
20:38 02.03.2011
1929

Belə ki, autsayder “Bucaspor” doğma azarkeşlər önündə “Gənclərbirliyi”ni qonaq edib. Bu matçda qonaqlar meydan sahiblərini 2:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. 

Günün ikinci qarşılaşmasında Super Liqada tarixinin ən pis günlərini yaşayan “Qalatasaray” “TT Arena”da “Qaziantespor”la münasibətlərinə aydınlıq gətirib. Çempionluqdan əlini üzən və bütün ümidlərini kuboka yönəldən “cim bom”un bütün planları suya düşübə Belə ki, ilk qarşılaşamda səfərdə “Qaziantepspor”a 3:2 hesabı ilə məğlub olan “sarı qırmızılar” cavab qarşılaşmasında bunun əvəzini çıxa bilməyib. Matçın 90 dəqiqəsində qapılara qol vurulmayıb və qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Beləliklə, “Gənclərbirliyi”ndən sonar “Qaziantespor” da adını yarımfinala yazdırmağı bacarıb.

 

OXŞAR XƏBƏRLƏR