Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..."

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..."
SOSİAL
13:09 07.06.2026
474
Azov dənizində dron hücumu nəticəsində zərər görən yük gəmilərindən birinin kapitanı Xaçmaz sakini 45 yaşlı Fuad Orucov olub.

Onun ailə üzvləri Baku TV-yə danışıblar.

Məlumata görə, Fuad Orucov 20 ildən çox dənizçi fəaliyyəti ilə məşğul olub.

"Hadisə zamanı gəmidəki insanları xilas etsə də, özü həyatını itirdi. Dörd övladı evdə onun yolunu gözləyir", - Mərhumun xanımı bildirib.

"Son danışığımızda dedim ki, bilirsən, biraz nasazam. Həyatın işini bilmək olmaz. Birdən gələn zənginə kimi çatmadım. Atayam. Ola bilər xətrinə dəymişəm, məni bağışla, bala", - kapitanın atası əlavə edib.

Qeyd edək ki, iyunun 5-nə keçən gecə Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumu edilib. Hadisə nəticəsində 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olub.
OXŞAR XƏBƏRLƏR