"Gənc Liderlər üçün Yay Universiteti"nin üçüncü günü başa çatdı - FOTOLAR

GƏNCLİK
15:19 12.08.2021
804
"Gənc Liderlər üçün Yay Universiteti"nin iştirakçıları üçüncü günə "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Rasul Çunayevlə birlikdə başlayıb.
 
AZXEBER.COM xəbər verir ki, Rasul Çunayevin təlimçiliyi ilə idman edən gənclər maraqlı və rəqabət dolu anlar yaşayıb. 

Qısa fasilədən sonra layihə iştirakçıları Azərbaycan Dövlət Aqrar Universitetinin Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Qapalı Balıq Yetişdirmə Laboratoriyası, Baytarlıq Klinikası, Anatomiya muzeyində olublar. 

"Gənc Liderlər üçün Yay Universiteti"nin üçüncü günündə "Liqa Smixu"nun Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Şahbazbəyov "Xaricdə yaşayan yaradıcı gənclərlə beynəlxalq əlaqələrin qurulması və inkişafı", teleaparıcı Sənan Şəfizadə "İnformasiya müharibəsində əsas güc - gənc liderlər" , "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Nərmin Knyazlı "Gənc liderlər üçün sosial mediadan səmərəli istifadə vərdişləri" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb. 

Günün sonunda komandalar öz bacarıqlarını nümayiş etdirərək müxtəlif səhnəciklər ərsəyə gətirib. 

"Gənc Liderlər üçün Yay Universiteti" "Davam" Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Gənclərin Davamlı İnkişaf Proqramı" çərçivəsində icra edilir.

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihə boyunca iştirakçılarının sağlamlığını diqqətdə saxlayaraq koronavirus təhlükəsinə qarşı mütəmadi PCR testlər apardığına görə "Gənc Liderlər üçün Yay Universiteti"nin tərəfdaşlarından biri olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkür edir. 
 







OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb