Gəncədə məhbus özünə mismarla xəsarət yetirib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında cəza çəkən 1993-cü il təvəllüdlü Əliyev Ceyhun qarın nahiyəsinin mismarla deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, məhbus özü özünə mismarla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
///Qafqazinfo