Gəncədə “Yaşıl Gələcək Forumu: İqlim Dəyişikliyi ilə Mübarizə” keçirildi - FOTOLAR

Gəncədə “Yaşıl Gələcək Forumu: İqlim Dəyişikliyi ilə Mübarizə” keçirildi - FOTOLAR
GƏNCLİK
11:49 10.12.2024
4556
5-9 dekabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin təşkilatçılığı ilə  "Yaşıl Gələcək Forumu: İqlim Dəyişikliyi ilə Mübarizə” adlı tədbir baş tutdu.

Forumda Bakı və Gəncədən müxtəlif sahələri təmsil edən 100 gənc iştirak etdi. Tədbirin məqsədi iqlim dəyişikliyi ilə bağlı aktual problemləri müzakirə etmək, gəncləri ekoloji təşəbbüslərə cəlb etmək və onların bu sahədə həll yolları təklif etmələrinə şərait yaratmaq idi. Avropa Gənclər Parlamenti Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə dair bu kimi təşəbbüsləri, cənab İlham Əliyev tərəfindən aparılan gənclər siyasətinin prioritetlərinə və milli dəyərlərə uyğun olaraq həyata keçirir.

İştirakçılar müxtəlif mövzular üzrə komitələrə bölünərək, iqlim dəyişikliyi, ekoloji siyasət və dayanıqlı inkişaf istiqamətində müzakirələr apardılar. Bu müzakirələrdə gənclərin qərar qəbuletmə prosesində rolu və onların ekoloji problemlərə yanaşması xüsusi vurğulandı. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizədə dövlət siyasətinin rolu və bu sahədə həyata keçirilən strateji addımlar müzakirə olundu. Forum zamanı ekoloji dayanıqlılıq və yaşıl iqtisadiyyat sahəsində görülən işlərə toxunuldu, mövcud təşəbbüslər barədə fikir mübadiləsi aparıldı. Forumun sonunda komitələr tərəfindən hazırlanmış qətnamələr təqdim olunaraq debatlar keçirildi və iştirakçıların fəal iştirakı ilə müzakirə olundu.

Tədbirin yekununda qəbul edilən qətnamələr iqlim dəyişikliyi ilə mübarizə sahəsində gənclərin baxışlarını və təkliflərini əks etdirir. Bu qətnamələr müvafiq qurumlara təqdim olunacaq və gələcəkdə ekoloji siyasətin formalaşdırılmasına töhfə verə bilər.

Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyi ekoloji məsələlərə dair gənclər arasında məlumatlılığı artırmaq və onların fəal iştirakını təmin etmək məqsədilə gələcəkdə də bu cür təşəbbüsləri davam etdirməyi planlaşdırır.
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
23:21 01.07.2025
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
21:11 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
20:53 01.07.2025
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb