Gəncədə zəncirvari qəza baş verib, xəsarət alanlar var

Gəncədə zəncirvari qəza baş verib, xəsarət alanlar var
SOSİAL
18:26 26.04.2026
425
Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

AZXEBER.COM-un "Report”a istinadən məlumatına görə, hadisə Cavad xan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai", "Opel" və "VAZ-2104" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza zamanı xəsarət alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR