“Gəncilyin İnkşaf Mərkəzi”nin təşkilatçılığı ilə bayraq gününə həsr olunmuş tədbir keçirib.
AZXEBER.COM portalının məlumatına görə, təşkilat üzvləri iki saat ərzində İstiqlaliyyət küçəsi və Nizami küçəsində bayram münasibətiylə əlaqədar şəhər sakinlərinə və ölkəmizdə olan qonaqlara bayraq paylayıblar. Bundan əlavə iştirakçılar hər kəsə ölkənin əsas rəmzlərindən biri olan bayrağımız haqqında ətraflı məlumat veriblər. Məmləkət polisi sayıqlıq nümayiş etdirərək aksiyaya mane olmaq istəsə də aksiyaçıların icazəli olduğunu bilib onların rahat şəkildə fəaliyyət göstərmələrinə şərait yaradıb.
Təşklilatın idarə heyətinin üzvü olan Rəşid Ramazanov bu tədbirin keçirilməsində əsas məqsədlərin gənclərə və ölkəmizə gələn xarici qonaqlara bayraq haqqında məlumat vermək olduğunu qeyd edib:“Bu bayram artıq iki ildir ki, ölkəmizdə rəsmi şəkildə qeyd olunur. Buna görə də biz həm insanlarımıza bayarağımız, onun bizim üçün mənəvi çəkisinin nə qədər olması haqqında daha ətraflı məlumat vermək, həm də ki ölkəmizdə olan bir qisim insanın əlində ən azından bu gün bayraq olsun istədik”.
Qeyd edək ki, Gənclərin İnkşaf Mərkəzi artıq yarım ildir ki, fəaliyyət göstərir. Təşkilatın tərkibinə Azərbaycanın bütün ali təhsil ocaqlarından aktiv gənclər cəlb olunub. Onlar həmçinin bundan öncə bir neçə dövlət bayramlarının təşkilində də iştirak ediblər.