Gənclər təşkilatı regionlarda qanvermə aksiyalarına start verib - FOTOLAR

GƏNCLİK
12:34 26.04.2021
1741
Gənclər üçün Təhsil Mərkəzi Şirvan  şəhərində irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqları qanla təmin etmək üçün könüllü və təmənnasız qanvermə aksiyası həyata keçirib.
 
AZXEBER.COM xəbər verir ki, ümumilikdə qanvermə aksiyasından yığılan qan tədarükü hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan   çatışmazlığının qismən aradan qaldırılmasına xidmət edir.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirdi ki, pandemiya zamanı qan xəstəliyindən əziyyət çəkən xəstələr üçün qanvermə aksiyaları Bakıda daha çox təsadüf edilir,regionlarda isə vəziyyət o qədər də ürəkaçan deyil.. Hal hazırda regionlarda kampaniyamızı daha geniş təşviq etmək mütləq və zəruridir.

Qeyd edək ki, bu gün Şirvan şəhərində təşkil olunan qanvermə aksiyasında müxtəlif yaş kateqoriyasından olan 80 nəfərdən çox donor iştirak edib.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR