Gənclər təşkilatları Şuşaya səfər etdilər - FOTOLAR

GƏNCLİK
16:05 11.09.2021
589
Ölkənin aparıcı gənclər təşkilatlarının Şuşa şəhərinə səfəri baş tutub. 

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 30 gənclər təşkilatının 50-dən çox nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində erməni vandalizminin acı nəticələri ilə, tarixi-mədəni abidələrlə, eləcə də aparılan bərpa quruculuq işləri ilə tanış olublar.

Sentyabrın 10-da baş tutan səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələr, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət edilib.
Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər.

Təşkilat nümayəndələri Prezident İlham Əliyevin Cıdır düzündə xalqa müraciəti zamanı söylədiyi "Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq” sözlərini xatırlayaraq, ölkə gənclərinin hər zaman ölkə başçısının ətrafında sıx birləşdiyini, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar.

Şuşa səfəri zamanı gənclər təşkilatlarının 44 günlük Vətən müharibəsi dövrü ərzində fəaliyyətləri və Qarabağa qayıdışla bağlı qarşıdakı fəaliyyət planları müzakirə edilib.

Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə gənclər təşkilatlarının Ağdama səfəri baş tutub.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:50 26.10.2021

Bakıda ana canlı yayıma çıxıb, 2 gözü görməyən övladından imtina etdi - VİDEO

12:29 26.10.2021

1075 il iş alan Adnan Oktarın həbsxanadan görüntüsü yayıldı - FOTO

12:22 26.10.2021

Azərbaycanda nə qədər narkoman var? - VİDEO

12:18 26.10.2021

Hikmət Hacıyev: "Erməni faşizminin məhv edilməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni yaranıb"

12:15 26.10.2021

“Nə istəyirlər desinlər” – Körpəyə su verməsi ilə gündəm olan Çingiz Abdullayev

12:12 26.10.2021

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

12:10 26.10.2021

Deputat qalmaqallı statusundan danışdı: “Sürücüm edib...”

12:06 26.10.2021

Bu binanın uçma təhlükəsi var, DYP əhaliyə müraciət etdi

12:02 26.10.2021

Kəramət Böyükçöl Narkoloji Dispanserdən evə buraxıldı - FOTO

11:57 26.10.2021

DİN Bakıda bir qrup qazinin yolu bağlamasına münasibət bildirdi

11:55 26.10.2021

"Squid Game" serialına baxan işçilər etiraza başladı: Haqqımızı verin

11:50 26.10.2021

Ərdoğan Azərbaycana yola düşüb

11:47 26.10.2021

Koronavirusun “AY.4.2” variantı “Delta”dan daha təhlükəlidir - AÇIQLAMA

11:45 26.10.2021

Prezidentin köməkçisi: “Regionda yeni təhlükəsizlik düzəni formalaşıb”

11:27 26.10.2021

Alim Qasımov qızını cəzalandırıb: “Mənə şillə vurdu” - VİDEO

11:16 26.10.2021

Ermənistan parlamenti Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı qapalı dinləmələr keçirəcək