Gənclər Fondu və "Cavan”
Gənclər İB "Ya Qarabağ, ya ölüm!” mahnısını yeni aranjimanda Azərbaycan
ictimaiyyətinə təqdim edib.
AZXEBER.COM xəbər verir ki, ADA məzunu Günay Bədəlova
mahnını öz ifasında Instagram səhifəsində paylaşdıqdan sonra, bu ictimaiyyətdə
böyük maraq doğurdu və ona bu mahnının yeni aranjimanda yazılması və klip çəkilməsi
təklif edildi.
Günay Bədəlova
layihə ilə bağlı fikirlərini belə ifadə etmişdir: "Hələ də başıma gələnlərə
inanmıram! Kamera qarşısında dayanıram! İnanılmazdır! Mənim üçün unudulmaz
olan isə, çəkiliş zamanı çəkilişi saxlayıb hörmətli Prezidentimiz cənab
İlham Əliyevin çıxışını diqqətlə dinləməyimiz və doğma Zəngilanımın
işğaldan azad edilməsi xəbərini eşitməyim oldu! Sevincimin həddi-hüdudu yox
idi!"
"Ya Qarabağ,
ya ölüm!" mahnısının 21 yaşı var. Bu mahnının yaşıdları bu gün
Qarabağda döyüşür, torpaqlarımızı işğalçılardan azad edirlər.
Bu mahnı Azərbaycanın "Base” leyblının ilk layihəsidir. Mahnının
sözləri Ozan Arifə, musiqisi və aranjimanı Aytən İsmixanovaya aiddir. Gənclər
Fondu və "Cavan” İB Cövdət Hacıyev adına 3 saylı Musiqi Məktəbinin «Renessans»
uşaq xoruna, "Base” leyblının rəhbərləri
İsa Məlikov və Pərviz İsaqova, lahiyə rəhbəri Əlixan Rəcəbova, quruluşçu
rejissor Vüsal Əhmədzadəyə, quruluşçu operator Orxan Məmmədovə və
aranjimançı Emin Kərimə təşəkkür edir.
Həmin mahnını diqqətinizə
təqdim edirik:
https://www.facebook.com/watch/?v=1062418067543559
Qarabağ Azərbaycandır!