Gənclərin İnkişaf və Karyera Mərkəzi “Könüllülər ili” ilə əlaqədar hesabat verdi - FOTOLAR

Gənclərin İnkişaf və Karyera Mərkəzi “Könüllülər ili” ilə əlaqədar hesabat verdi - FOTOLAR
GƏNCLİK
11:20 06.12.2020
1265
Dekabr 5-də – Beynəlxalq Könüllülər Günündə "Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin (GİKM) 32 nümayəndəliyində mükafatlandırma mərasimləri keçirilib, fəal könüllülər adıçəkilən gün münasibəti ilə təşəkkürnamələr və hədiyyələrlə təbrik edilib.

Ümumi təşəkkürnamələrlə təltif edilən 1500 könüllüdən 135 nəfəri xüsusi fəaliyyətlərinə görə hədiyyələrlə mükafatlandırılıblar. Xüsusi fərqləndirilən könüllülər ətraf mühitin qorunması istiqamətində "Təbiətin dostu”, vətənpərvərlik istiqamətində "Xarı Bülbül”, həssas əhali qrupuna aid şəxslər üçün təşkil olunmuş fəaliyyətlərdə fəal iştirakına görə "Yardımsevər”, COVID-19 pandemiyası ilə əlaqədar əhali arasında karantin qaydalarının təbliği istiqamətində "Sağlamlıq keşikçisi”, GİKM nümayəndəliklərinin fəaliyyətinin daha geniş kütləyə çatdırılması və hərbi əməliyyatlar dövründə sosial şəbəkələrdə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində təşkil olunmuş fəaliyyətlərdə aktiv iştirakına görə "Şəbəkə döyüşçüsü”  nominasiyası ilə təltif olunublar.

Mükafatlandırma mərasimlərində qeyd edilib ki, 2020-ci il - "Könüllülər ili” ərzində GİKM-in 32 nümayəndəliyində 100-dən çox layihə, sosial könüllülük, vətənpərvərlik, fərdi inkişaf, karyera, ətraf mühit, sağlam həyat kimi fəaliyyət istiqamətlərində 850-dən çox tədbir və təlim keçirilib, fəallığın baş tutmasında 35 minə yaxın gənc iştirak edib. 

Bir il ərzində 32 rayondan 30-a yaxın könüllü ölkə əhəmiyyətli müxtəlif şirkətlərdə işlə təmin olunub və bu GİKM könüllülərindən 5-i, qürurverici haldır ki, məhz könüllüsü olduqları region nümayəndəliklərində işə başlayıblar.

Həmçinin bildirilib ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. 

Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ-hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. 

Sonda xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  30 dekabr 2019-cu ildə Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalamışdır.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
16:04 04.07.2025
Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
Gəlin, qucaqlaşaq!
15:58 04.07.2025
Gəlin, qucaqlaşaq!
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
15:58 04.07.2025
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb