“Gənclik və İnkişaf” mövzusunda vebinar keçirilib - Fotolar

“Gənclik və İnkişaf” mövzusunda vebinar keçirilib - Fotolar
GƏNCLİK
16:41 18.06.2020
2722
17 iyun 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Gənclik və İnkişaf” mövzusunda vebinar keçirilmişdir.

AZXEBER.COM xəbər verir ki, vebinarda Milli Məclisin deputatı, Komitə sədrinin müavini, YAP Mərkəzi Aparatının şöbə müdiri Sevinc Fətəliyeva, Milli Məclisin deputatı, YAP Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Milli Məclisin deputatı, Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, "İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, "Ağ Top” şahmat klubunun direktoru Cavanşir Bağırov, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının əməkdaşı Şəfiqə Hənifəyeva, "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi "İctimai Birliyinin "Regionlarla İş” şöbəsinin və Yeni Azərbaycan Partiyası (YAP) üzrə kuratoru Ümidə Rəhimova, İctimai.az saytının baş redaktoru, "GələcəkSƏN” təlim və inkişaf proqramının rəhbəri Rəşad Bayramov, "Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova, "Bakı Avrasiya” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sübhan İsmayılov, "Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Röya Hacıyeva və fəal gənclər iştirak etmişlər.

Vebinarı giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qonaqları və iştirakçıları salamladı və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən söhbət açıb. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur.

Sonra çıxış edən Milli Məclisin deputatı, Komitə sədrinin müavini, YAP Mərkəzi Aparatının şöbə müdiri Sevinc Fətəliyeva, Milli Məclisin deputatı, YAP Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Milli Məclisin deputatı, Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov qeyd etdilər ki, Ümummilli Liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi.
 
Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Artıq prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələri özünü əhalinin rifah halının yüksəlməsində və iqtisadi inkişaf sahəsində göstərməkdədir. Dövlət başçısının 2007-ci ili gənclər ili kimi qeyd etməsi çox mühüm tarixi hadisə idi. Bu sərəncam Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını əyani şəkildə sübut edir. İndi iqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvə kimi gənc nəsil iştirak edir. Cəmiyyətin hər bir sahəsində gənclərin rolu böyük əhəmiyyət kəsb edir. Bu hər şeydən əvvəl dövlətimizin gənc nəslə göstərdiyi qayğının bariz nümunəsidir.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov qeyd etdilər ki, Gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olmuşlar. Onların gücündən səmərəli istifadə olunanda ölkə də tərəqqi edir, insanların həyata baxışı da təzələnir, dövlət idarəçiliyinin, iqtisadiyyatın, mədəniyyətin inkişafına rəvac verən mühüm işlər görülür. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən gənclərin himayədarı olmuş, sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir.
 
Ulu öndərimiz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunmasını vacib məsələlərdən biri kimi elan etmişdir. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev gənclərin ölkənin ictimai, iqtisadi, siyasi həyatına cəlb olunmasına xüsusi önəm verir. Məhz dövlət başçısının diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycan gəncləri həm dövlət strukturlarında, həm ictimai sektorda, həm də elmi-pedaqoji sahələrdə fəal iştirak edirlər.

Sonda tədbir iştirakçıları qeyd etdilər ki, gənclər də öz növbəsində onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Dövlətimizin başçısı tərəfindən göstərilən bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplayır, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Azərbaycan Prezidenti Cənab İlham Əliyevin etimadını doğruldurlar.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
19:06 23.08.2026
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
19:00 23.08.2026
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
Manuel Noyer TARİX YAZDI
18:48 23.08.2026
Manuel Noyer TARİX YAZDI
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
18:44 23.08.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
18:38 23.08.2026
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
18:34 23.08.2026
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
18:28 23.08.2026
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
18:25 23.08.2026
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
18:20 23.08.2026
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
18:17 23.08.2026
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
18:09 23.08.2026
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
18:06 23.08.2026
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
17:59 23.08.2026
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
17:53 23.08.2026
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
17:47 23.08.2026
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib