Gizir sevgilisini və özünü güllələyib

Bütün Xəbərlər
08:53 27.03.2011
1725

Hadisə ötən gecə saat 23.30 radələrində Bakı-Quba yolunun 28-ci kilometrliyində, Sumqayıt ərazisində yerləşən "Quba" kafesində qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri, 1984-cü il təvəllüdlü Azər Əsgərov “Makarov” markalı tabel silahı ilə Salyan rayon sakini, 1989-cu il təvəllüdlü Firuzə Əsədovaya bir dəfə atəş açaraq qətlə yetirib.

A. Əsgərov daha sonra tapançadan başına atəş açaraq özünə qəsd edib. Gizir ağır vəziyyətdə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polisdən həmçinin bildirilib ki, hərbçinin hadisəni törətməsinin motivi hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırma aparır.


OXŞAR XƏBƏRLƏR