Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? - VIDEO

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? - VIDEO
SOSİAL
23:39 04.09.2026
72
Ölkəyə gətirilən malların gömrük dəyəri artıq Azərbaycanın milli valyutası ilə bəyan ediləcək. Bununla bağlı Gömrük Məcəlləsinə edilən dəyişiklik sentyabrın 3-dən etibarən qüvvəyə minib.

Bəs bu dəyişikliyin edilməsində məqsəd nədir?

AZXEBER.COM Baku TV-yə istinadən xəbər verir ki, məsələni şərh edən iqtisadçı Xalid Kərimli bildirib:

"Əvvəl bəyannamələrdə malların dəyəri dollarla göstərilir və Mərkəzi Bankın məzənnəsi ilə manata çevrilirdi.

Müstəqil dövlət olaraq sərhəddən keçən malların milli valyuta ilə ifadə edilməsi vacib idi. Bu dəyişiklik idxalçılara əlavə gömrük rüsumu və ya xərc gətirmir. Qərar sadəcə, təqdimat, hesablama və statistikada rahatlıq yaradır, qarışıqlığın qarşısını alır. İdxal qiymətlərində heç bir dəyişiklik olmayacaq, gömrük yoxlamalarında çətinlik yaranmayacaq. Vətəndaşların narahatlığına heç bir əsas yoxdur".
 
OXŞAR XƏBƏRLƏR