Gömrüyün büdcə kəsiri böyüyür: 280 milyonluq itkinin arxasında nə dayanır?

Gömrüyün büdcə kəsiri böyüyür: 280 milyonluq itkinin arxasında nə dayanır?
SOSİAL
14:02 29.01.2026
638
Azərbaycanın dövlət büdcəsinə gömrük xətti ilə daxilolmalar 2025-ci ildə azalma ilə yadda qalıb. Maliyyə Nazirliyinin məlumatına görə, ötən il Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə büdcəyə 6 milyard 369,9 milyon manat daxil olub. Bu, əvvəlki illə müqayisədə 4,2 faiz və ya 278,8 milyon manat azdır.

Qeyd edək ki, 2025-ci il üzrə DGK-nin dövlət büdcəsinə 6,6 milyard manat köçürməsi proqnozlaşdırılırdı. Beləliklə, gömrük orqanları büdcə üzrə hədəfi yerinə yetirə bilməyib.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, azalmanın əsas səbəbi ölkəyə idxal edilən və ölkədən ixrac olunan məhsulların strukturunun dəyişməsidir:

"Ümumi həcmdə ciddi fərq yoxdur. Sadəcə bəzi məhsullar daha aşağı gömrük rüsumu ilə idxal olunur. Məsələ daha çox çeşidləmə və tarif kateqoriyalaşdırması ilə bağlıdır”.

İqtisadçının sözlərinə görə, gömrük rüsumlarının artırılması bazarda qiymətlərin yüksəlməsinə səbəb olur:

"Bir sıra güzəştlər artıq ləğv edilib. Məsələn, avtomobillərlə bağlı əlavə dəyər vergisi və gömrük rüsumları yenidən tətbiq olunub. Kərə yağı üzrə rüsumlar da artırılıb. Bu isə bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq. Ümumilikdə, rüsumlar nə qədər yüksək olarsa, qiymətlər də bir o qədər artar”.

İqtisadçı-ekspert Əkrəm Həsənov isə DGK üzrə azalmaların gözlənilən olduğunu deyir. Onun fikrincə, əsas səbəb ümumi iqtisadi aktivliyin zəifləməsidir:

"Hazırda Azərbaycanda iqtisadi artım zəifləyib. Bu şəraitdə idxal azalır və bu da avtomatik olaraq gömrük daxilolmalarına mənfi təsir göstərir. Buna görə də DGK-nin büdcə gəlirlərinin azalması təəccüblü deyil”.

Şəhanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək