Goranboyda ata və oğlu 46 yaşlı kişiyə xəsarət yetirdilər

Goranboyda ata və oğlu 46 yaşlı kişiyə xəsarət yetirdilər
SOSİAL
09:19 23.04.2026
267
Goranboy sakini olan 46 yaşlı kişi kəsici-deşici alətdən xəsarət alıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 1980-ci il təvəllüdlü S.Alıyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal 46 yaşlı kişiyə yardım edilib, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, xəsarət alan S.Alıyevə Kəlbəcər rayon sakinləri -  1980-ci il təvəllüdlü A.Ələsov və onun oğlu 2005-ci il təvəllüdlü İ.Ələsov kəsici-deşici alətlə xəsarət yetiriblər.

Məlumata görə, hadisə tərəflər arasında şəxsi münasibətlər zəminində baş verib. Əraziyə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR