Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama

Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
SİYASƏT
16:59 18.08.2026
487
Ermənistanın Gorus şəhərində küçələrdən birinə İranın Nain şəhərinin adı verilib. Bu barədə "Fars Nyus” məlumat yayıb. Məlumata görə, ötən il Nain və Gorus şəhərləri arasında qardaşlaşma sazişi imzalanıb. Küçəyə Nain adının verilməsi həmin saziş çərçivəsində atılan ilk konkret addımlardan biri olub.

Siyasi şərhçi Azər Həsrət AZXEBER.COM-a açıqlamasında deyib ki, İran indiki şəraitdə, bu qədər irəli gedib ermənilərlə qucaq-qucağa olmamalıdır:

 

"Biz deyəndə ki, İranla Ermənistan qardaşdır, Azərbaycandakı İran uzantıları bizi durmadan təhqir edirlər. Açıq şəkildə üzərimizə gəlirlər ki, şər atırsınız, İran müsəlman ölkəsidir, ermənilərlə dost ola bilməz. Söhbət iki şəhərin qardaşlaşmasından gedir. Əslində, bu, normal bir şeydir. Sadəcə məsələ ondadır ki, İran indiki şəraitdə, bu qədər irəli gedib ermənilərlə qucaq-qucağa olmamalıdır. Ən azından ona görə ki, Qarabağda 60-dan çox şiə məscidini İranın qardaş dediyi həmin ermənilər dağıdıblar. İşğal etdikləri zaman Azərbaycan torpaqlarını daş-daş üstündə qoymayıblar. 
İran axı özünü şiəliyin mərkəzi hesab edir, dünyaya belə təqdim edir. Bəs harada qaldı o qardaşlıq, harada qaldı o məzhəb təəssübkeşliyi, harada qaldı o din təəssübkeşliyi?”.

O qeyd edib ki, İran ermənilərlə qardaş olduqlarını özləri də açıq şəkildə deyirlər:

"İran ermənilərlə qardaş olduqlarını özləri də açıq şəkildə deyirlər. İranın ali rəhbərləri dəfələrlə Ermənistanın rəhbərliyi ilə görüşərkən deyiblər ki, biz qardaşıq, bizim kökümüz bir yerdən gəlir. Yəni, necə olur ki, belə bir şəraitdə biz deyəndə ki, İran Azərbaycanla deyil, Ermənistanla, ermənilərlə qardaşlıq edir, Azərbaycandakı o təbliğatı aparanlar üstümüzə gəlirlər ki, şər atırsınız? İndi İrandan soruşun ki, niyə sizin bir şəhəriniz Ermənistanın bir şəhəri ilə qardaşlaşır? Nə zərurət var idi? Ola bilər, gələcəkdə bəlkə də bunu etmək olardı. Amma indiki şəraitdə, hələ Azərbaycanla sülh müqaviləsi bağlanmamış bir vaxtda məqsəd nədir ki, İran Ermənistanla qardaşlaşır? Əgər İslam təəssübkeşliyi, məzhəb təəssübkeşliyi varsa, İran bunu etməməli idi”.

"Bu isə bir daha sübut edir ki, İranın o din və məzhəb təəssübkeşliyi həmin dövlətin siyasi maraqlarına xidmət etməkdən başqa bir işə yaramır. Ona görə də Azərbaycanda İranın arxasınca kor-koranə gedənlər bir qədər gözlərini açıb daha irəli baxmağa çalışsınlar”,- deyə, o bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
19:36 06.10.2026
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
19:32 06.10.2026
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
19:29 06.10.2026
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
19:10 06.10.2026
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
19:04 06.10.2026
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
19:03 06.10.2026
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
18:56 06.10.2026
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
18:42 06.10.2026
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal qazanıb
18:39 06.10.2026
Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal qazanıb
ÜST Rusiyada laboratoriya əməkdaşının ölümünü izləyir
18:32 06.10.2026
ÜST Rusiyada laboratoriya əməkdaşının ölümünü izləyir
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
18:30 06.10.2026
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
18:22 06.10.2026
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib