Fransanın şimalında güclü yağışdan sonra çayda suyun səviyyəsinin qalxması nəticəsində baş verən daşqınlar səbəbindən təxminən 800 nəfər təxliyə edilib.
Bu barədə Fransa mediası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
"Pa-de-Kale departamentindəki Kanş çayında suyun səviyyəsi maksimum həddə çatıb. Daşqınlar səbəbindən cümə axşamından bəri təxminən 800 nəfər təxliyə edilib", - departamentdən bildirilib.
Əlavə olaraq, 800-dək yaşayış evini su basıb, 170 mənzilin elektrik enerjisi kəsilib.
Şənbə günü daşqınlarla əlaqədar narıncı təhlükə səviyyəsi elan olunub.
///oxu.az











































