Gürcü siyasətçi Moskvada müxalifəti ayağa qaldırıb

Gürcü siyasətçi Moskvada müxalifəti ayağa qaldırıb
Bütün Xəbərlər
10:37 13.12.2012
741

AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya istintaq Komitəsi açıqlama yayıb.

İstintaqın versiyasına görə, G.Tarqamadze Moskvada “Milyonların marşı” keçirilən zaman “müxalifət liderlərinin hərəkətlərinə rəhbərlik edib”. Qeyd edək ki, bu il Moskvada bu adda 3 aksiya keçirildiyindən, İstintaq Komitəsinin açıqlamasından hansı aksiyanın nəzərdə tutulduğu bəlli olmur. Mayın 6-da keçirilən aksiya polislə toqquşma ilə nəticələnib, iyunun 12-də və sentyabrın 15-də isə heç bir insident qeydə alınmayıb.

İstintaq Komitəsi yaxın vaxtlarda Givi Tarqamadze ilə bağlı Gürcüstana sorğu göndəriləcəyini bəyan edib. Adı çəkilən siyasətçi isə Rusiya siyasətinə müdaxilə etmədiyini bildirib və ittihamları rədd edib.

OXŞAR XƏBƏRLƏR