Azərbaycan vətəndaşı Hafiz Süleymanov Gürcüstanda itkin düşüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Acarıstanın "Batumelebi” nəşri yazıb.
Qohumu nəşrə bildirib ki, Hafiz Süleymanov quru sərhədlə Türkiyədən Gürcüstana keçib və avqustun 28-dən etibarən onunla əlaqə saxlamaq mümkün deyil.
Gürcüstanın Daxili İşlər Nazirliyindən "Batumelebi” nəşrinə bildirilib ki, itkin düşmüş Azərbaycan vətəndaşı ilə bağlı axtarış tədbirləri həyata keçirilir.











































