Gürcüstanda COVID-19-a yoluxanların sayı 990 mini ötdü

Gürcüstanda COVID-19-a yoluxanların sayı 990 mini ötdü
DÜNYA
18:59 15.01.2022
290
Gürcüstanda ötən sutkada daha 5 381 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 30 pasiyent vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyası 990 183 nəfərdə aşkarlanıb, onların 14 425-i ölüb.

Son 24 saat ərzində 1 065, ümumilikdə isə 925 137 nəfər müalicə olunaraq sağalıb.
OXŞAR XƏBƏRLƏR