Gürcüstanda dövlət rəsmilərini təhqir edənlər 45 günədək həbs oluna bilərlər

DÜNYA
18:30 04.02.2025
116
Gürcüstanda dövlət rəsmilərinin, vəzifəli şəxslərin, dövlət qulluqçularının şifahi təhqir edilməsi və ya digər təhqiredici hərəkətlər inzibati məsuliyyətə səbəb olacaq.

Bu məsələ "Gürcü Arzusu” partiyası tərəfindən hazırlanaraq parlamentə təqdim edilən "İnzibati Xətalar Məcəlləsinə dəyişiklik" layihəsində əksini tapıb.

Layihəyə əsasən, belə hallarda şəxslər 1 500 laridən 4 000 lariyə qədər cərimə oluna və ya 45 günədək inzibati həbsə məhkum edilə bilərlər.

Bu cür əməllərin təkrar törədilməsi daha sərt cəzalar nəzərdə tutur - 2 500 laridən 6 000 lariyə qədər cərimə və ya 5 gündən 60 günədək həbs cəzası. Həmçinin, təhqir hallarında həmin şəxslərin silah gəzdirmə hüququnun 3 ilədək məhdudlaşdırılması da təklif edilir.

Layihə inzibati həbs müddətinin 60 günədək artırılmasını və polisə müqavimət, xırda xuliqanlıq, eləcə də icazəsiz mitinqlərə görə cəza tədbirlərinin sərtləşdirilməsini də ehtiva edir.

Parlamentin bu layihəni sürətli prosedurla müzakirəyə çıxaracağı bildirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:49 04.02.2025

Təyyarə Bakıya qayıtmaq istəyəndə vurulub - Faktlar açıqlandı

21:33 04.02.2025

Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb

21:21 04.02.2025

Rusiyanın yalanı üzə çıxdı - 8 dəqiqə sonra olubmuş

20:58 04.02.2025

Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiya paketinə dair təkliflər sabah müzakirə ediləcək

20:48 04.02.2025

Moskvada baş verən partlayışda Ermənistan vətəndaşı şübhəli bilinir

20:37 04.02.2025

İnterpol genişmiqyaslı əməliyyat keçirib, 20 minə yaxın heyvan müsadirə edilib

20:24 04.02.2025

Dubayda 550 milyon dollar dəyərində yeni kompleks inşa ediləcək

20:11 04.02.2025

“Traktor”- “Persepolis” oyununda qarışıqlıq salmaqda şübhəli bilinən iki qadın həbs edilib

19:35 04.02.2025

Lavrov: Qərb Rusiya, Çin və İranı Suriyadan kənarlaşdırmaq istəyir

19:23 04.02.2025

HƏMAS Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlara başlayıb

19:10 04.02.2025

İspaniyalı hakimlər "Real"ın ənənəvi hədiyyələrindən imtina ediblər

18:56 04.02.2025

Ege dənizində zəlzələ oldu

18:41 04.02.2025

"Real"ın iki aparıcı futbolçusu kubok matçında meydana çıxmayacaq

18:30 04.02.2025

Gürcüstanda dövlət rəsmilərini təhqir edənlər 45 günədək həbs oluna bilərlər

18:22 04.02.2025

Ərdoğan və Əhməd əl-Şara arasında görüş başladı

18:16 04.02.2025

Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb