Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır

TOP4
14:15 04.04.2020
1916
Gürcüstanda koronavirusa yoluxanlardan biri ölüb.

AZXEBER.COM "Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Dünyasını dəyişən pasiyent 79 yaşlı qadındır. O, martın 31-də xəstəxanaya yerləşdirilib. Qadın bir sıra digər xəstəliklərdən də əziyyət çəkirmiş.

Pasiyentin Marneulidən olduğu bildirilir. 

Bu günə qədər Gürcüstanda koronavirusa 157 nəfər yoluxub ki, onların da 28-i tam sağalıb.
 
O, Bolnisi rayonunun Kəpənəkçi kənd sakini olub.

OXŞAR XƏBƏRLƏR