Gürcüstanın daxil olmağa çalışdığı və planlaşdırdığı yeganə siyasi qurum Avropa Birliyidir.AZXEBER.COM-un gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlamanı Gürcüstan xarici işlər naziri Maya Pancikidze Praqaya səfəri ərəfəsində verib.Maya Pancikidze hərbi-siyasi sahədə isə ölkəsinin NATO-ya üzv olacağına ümid etdiyini bildirib: "Bizi digər təşkilatlar maraqlandırmır".Bir müddət öncə Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən mətbuat konfrasında Gürcüstanın MDB-yə qaytımaq fikrinin olmadığını demişdi. Lakin o, yaxın günlərdə Tiflisə səfər edəcəyini və məsələnin rəhbərlik ilə müzakirə olunacağını da əlavə etmişdi.