Göygöldə evdən gənc qadın meyiti tapılıb.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, rayonun Yeni Qızılca kəndində evlərin birində 1993-cü il təvəllüdlü Günay Heydərovanın meyiti aşkar edilib.
Gənc qadının ölüm səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.











































