Göygöldə rayon ağsaqqalları ilə görüş keçirildi - FOTOLAR

Göygöldə rayon ağsaqqalları ilə görüş keçirildi - FOTOLAR
SOSİAL
17:57 13.11.2026
52

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rayon ağsaqqalları ilə görüşüb.


AZXEBER.COM xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə ağsaqqalların rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən məsələlər və onların həlli ilə bağlı təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.


Görüşdə çıxış edən ağsaqqallar Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründəGöygöl rayonunun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirləri xatırlayıb, Prezident İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğını vurğulayıblar.


Dövlət başçısının rayonumuza səfərləri çərçivəsində bir sıra təhsil, səhiyyə və digər sosial obyektlərin istifadəyə verilməsinin, yeni park və xiyabanların salınmasının əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verdiyini bildiriblər.


Görüşdən sonra Ağsaqqallar Şurasının inzibati binasına baxış keçirilib, təmiri ilə bağlı müvafiq tapşırıqlar verilib.


 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR