“Gözəlləmə” dastanı: gorun çatlasın ay Femida

“Gözəlləmə” dastanı: gorun çatlasın ay Femida
GƏNCLİK
16:59 25.01.2018
2410

Asif Əsgərli

Azərbaycan Demokratik Tələbə

Gənclər Təşkilatının sədri

 

Yeni bir "Gözəlləmə” siyasi şousu başlayıb, dostlar özü də nə şou. Ay qoymayın ölkəmizin "Femida”sı (bunu deyəndə adamın dönə-dönə bu ədalət ilahəsindən üzr istəməyi gəlir) həbs olunub, ay nə bilim ölkədə siyasi repressiya başlayıb, ay haray hökumət qatığımıza ağ dedi. Bircə qaşqaldaq çatmır "Avropa uşaqları”.


Dünən Qazax rayon məhkəməsinin hökmü ilə gömrük bəyannaməsinə qeyd edilməyən valyuta keçirdiyinə görə Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham olunan AXCP sədr müavini Gözəl Bayramlının 3 il müddətinə azadlıqdan məhrum edilməsini Əli Kərimlinin virtual qaragürühu növbəti şouya çeviriblər. Təsəvvür edin bu söz pəhlavanları hüquqa, qanunlara söykənən bir kəlmə işlətməyərək, ancaq məhkəməni siyasi qərarlar verməkdə ittiham edir, istintaqı aparanları, orada iştirak edən şahidləri və digər şəxsləri təhqir edirlər. Hər zaman öz ampulasında olan bu "çatxana bülbülləri” ağalarının təlimatlarına uyğun yalnız bir xətti tirajlayırlar: nə olur olsun qara yaxaq, böhtan ataq, alçaldıcı ifadələr işlədək, əks arqument, rəy və fikirləri bloklayaq və Qərb dairələri üçün yeni bir "Gözəlləmə” dastanı uydurub, "Femida”mızın həbsi adı ilə əlavə maliyyə kanalları arayıb tapaq.

Guya bunlar ana, bacı təəssübkeşidirlər, həbs olunanın qadın olduğunu bəyan edərək, zərif cincin nümayəndəsinə qarşı atılan bu hüquqi addımı "ədalətsiz” adlandırırlar. Facebook və youtube pələngləri əvvala bilməlisiniz ki, qanunun cins fərqi olmasa da, bu məsələdə humanistlik göstərilərək ən aşağı cəza tətbiq edilmiş, prossesin ilk günündən obyektiv hüquqi addımlar atılmış, bütün müdafiə hərəkətləri təmin edilmiş, ədalətli istintaq və məhkəmə araşdırılması aparılmış və iclaslar ictimaiyyətə açıq şəkildə keçirilmişdir.

 

Yaxşı bu dövlətin hüquq-mühafizə orqanlarının və müstəqil məhkəmə hakimiyyətinin qərarlarından narazısınızsa, hüquqi addımlarla - apellyasiya, kassasiya və digər normativ-qanunvericilik qaydasında şikayətinizi istənilən instansiyaya daşıyın da, lap istəyirsiz avropalı ağalarınızın qəbuluna aparın. Day şakərinizə uyğun şər-böhtan atmaqla, dövlətə, onun hakimiyyət qollarına təzyiq etməklə "oküz altında buzov aramağın” nə yeri var.

Heç kim istəməz ki, Azərbaycan qadını dəmir barmaqlıqlar arasına düşsün, amma onu da siz zatlar və tamahınız vadar etdi naftalin iyli "siyasətçi”lər. İsti yerlərinizdə oturub qadından daşıyıcı kimi istifadə edəndə, onu çirkli oyunlarınıza alət edəndə oturub fikirləşəydiniz ki, hüquqla ədalətlə toqquşacaqsınız ay savadsız "roza lüksemburq”çular.

 

Bu son "Gözəlləmə” şounuz haqda çox nağıllar uydura bilərsiz dil pəhlavanları, daydaylarınız vasitəsilə qoca qitədən, okeanın o üzündən yeni pul kisələri də tapa bilərsiz. Amma bir şeyi bilməlisiniz ki, Femidanın əlində olan o haqq-ədalət qılıncı daim başınızın üstündə olacaq və tərəzinin bir gözünə sizləri yığanda daim aşağı yuxarı oynayacaqsınız.

 

Hə, bu arada sosial şəbəkələrdə "Gözəlləmə” dastanı düzəltdiyiniz gün Strasburqda sizinlə eyni amal və xəttə xidmət edən Ermənistan rəhbəri Serj Sarqsyan ikili standartdan əl çəkməyən Avropa Şurasının verdiyi qol-qanaddan bəhrələnərək, yenidən bütün dünyaya ağ yalan danışaraq, Azərbaycan və Türkiyə haqda təhrifedici və aşağılayıcı çıxış etdi. Bəs hər zaman "bu dövlətin yanındasız”, onu "canınızdan çox istəyirsiz”, onun üçün "yanırsız” ay vətənşüvənlər. Heç olmasa özünüzdə, nə bilim nəysə bir şey tapıb, bu caniyə, Xocalı cəlladına və ona meydan verən Avropaya bir etiraz edin, cavab verin. Doğu Perincek qədər də ola bilməzsiniz? Adam Türkiyədə hökuməti bütün günü söyürdü, kommunist, işçi partiya fəalı olaraq "kürd təəssübkeşliyini” qaldırırdı, ama Avropada dik, mərd-mərdanə dedi ki, "erməni soyqırımı” uydurmalarınıza baş əyməyəcəm və Türkiyəni aşağılamanıza imkan verməyəcəm. Belə addımlar ata bilərsiz ay nağılbazlar, şoubazlar, onsuz da Avropaya səpələnmisiniz, üstəlik də "diliniz” daha uzundu.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir