"Azərbaycan WUF13 vasitəsilə beynəlxalq ictimaiyyətə nümunə göstərilən ölkələrdən birinə çevrilib. Bakı urbanizasiya baxımından dünyaya örnəkdir. Paytaxtla yanaşı, regionlarımız da hərtərəfli inkişaf edib. Bakı müasir şəhərsalma sahəsində böyük nailiyyətlər əldə edib”.
Bunu AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən "Dayanıqlı Şəhərsalma: Azərbaycan və Avropa Təcrübəsi” mövzusunda təşkil olunan konfrans zamanı deyib.
O bildirib ki, Azərbaycan və Avropa şəhərlərinin müqayisə olunması WUF13-ün məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətini göstərir:
"Bu cür forumların Azərbaycanda keçirilməsi BMT-nin ən nüfuzlu tədbirlərinə ölkəmizin uğurla ev sahibliyi etdiyini göstərir. Azərbaycan da hər zaman olduğu kimi bu məsuliyyətin öhdəsindən peşəkarlıqla gəlir”.
Hacıbəy Heydərli vurğulayıb ki, Azərbaycanın şəhərsalma və urbanizasiya sahəsində həyata keçirdiyi layihələr beynəlxalq səviyyədə maraq doğurur və ölkənin inkişaf modelinin nümunə kimi təqdim olunmasına şərait yaradır.
Şahanə











































