Müğənni Ebru Gündeş 11 illik həyat yoldaşı, Azərbaycan əsilli iş adamı Rza Zərrabın ona xəyanət etdiyini iddia edərək boşanmaq üçün məhkəməyə üz tutub.
Türkiyə mediası Rza Zərrabın evli olduğu müddətdə müğənni Hadisə ilə görüşdüyü iddia edib.
Yayılan qalmaqaldan qəzəblənən Hadisə sosial şəbəkə profilində bunları yazıb: "Günə haqqımda yayılan inanılmaz şər-böhtanla başladım. Bu günə kimi qarşılaşdığım bütün iftiralara səbrlə yaxınlaşmağa çalışdım, amma bu qədər uzun boylu deyil. Heç kim mənim namusumu şərəfimi ləkələyə bilməz. Vəkilim vasitəsilə, bütün hüquqi yollarla, bu mübarək Ramazan günlərində mənə bunu yaşadanlarla hesablaşacağam”.
Qeyd edək ki, müğənni Ebru Gündeş Rza Zərrabın başqa qadınla gizlin əlaqəsi olduğunu əsas gətirərək boşanmaq üçün məhkəməyə müraciət edib. Həmin qadının müğənni Hadisə olduğu nəzərdə tutulur.
Nərmin Məmmədli