Halsızlıq, baş ağrısı, yorğunluq... - Havaların dəyişməsi bədənə necə təsir edir?

Halsızlıq, baş ağrısı, yorğunluq... - Havaların dəyişməsi bədənə necə təsir edir?
SAĞLAMLIQ
12:32 09.09.2026
84
Havaların qısa müddətdə kəskin dəyişməsi, temperaturun aşağı düşməsi ilə birlikdə bəzi insanlarda halsızlıq, yorğunluq, baş ağrısı və yuxu pozuntusu kimi şikayətlərə səbəb ola bilir. Mövsüm keçidlərində orqanizmin temperatur və hava şəraitindəki dəyişikliklərə uyğunlaşması müəyyən vaxt tələb edir. Bəs havaların qəfil soyuması insan sağlamlığına necə təsir edir və son günlər müşahidə olunan halsızlıq hansı amillərlə bağlı ola bilər?

Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a bildirib ki, insanlarda baş verən halsızlıqlar müxtəlif səbəblərlə bağlıdır:

"İnsanlarda baş verən halsızlıqlar müxtəlif səbəblərlə bağlıdır. Bu, vitamin D çatışmazlığından tutmuş, metabolik səbəblərə, bədəndə gedən xroniki xəstəliklərə qədər müxtəlif amillərlə əlaqəli ola bilər. Halsızlıq olmasın deyə fiziki aktivliyi artırmaq, təmiz havada gəzmək, az qida qəbul etmək lazımdır”.


O qeyd edib ki, payız vaxtı geyim formasını düzgün seçməyən insanlarda xəstəliklər yaranır:

"Payız fəslində soyuqdəymə xəstəlikləri niyə artır? Bir adam xəstələnir, işə gəlir və digər insanları da xəstələndirir. Özünü qorumur, maska taxmır və digərlərinə ötürdüyünə görə yoluxmaların sayı artır. Payız vaxtı geyim formasını düzgün seçməyən insanlarda bədəndə soyuqluq yaranır və istilik mübadiləsi pozulur. Soyuqdəymə xəstəlikləri fəallaşır və həmin insanda olan virus xəstəlikləri digərlərinə keçir. İnsanlar xəstələnən zaman özünü və digərlərini qorumaq üçün maskadan istifadə etməlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR